Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çətin olanı reallaşdırmağa çalışacağıq''

''Çətin olanı reallaşdırmağa çalışacağıq''

Tarix: 30 Yanvar 2020 10:22

“Hər iki komanda sona qədər mübarizə apardı. Bir standart vəziyyət zamanı səhvə yol verdik və onlar bundan istifadə edib, hesabı açdılar. Qarşılaşma göstərdi ki, həm Azərbaycan, həm də Xorvatiya milli komandaları bu turnir üçün yaxşı hazırlıq keçiblər. Oyun da maraqlı alındı".

Qol.az xəbər verir ki, bu sözlərk Futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva DÇ-2020-nin elit-raund mərhələsində Xorvatiyaya məğlub olduqları matçdan (0:2) sonra federasiyanın rəsmi saytına açıqlama verərkən deyib. O, komandasının oyunundan razı qaldığını bildirib:

"İkinci hissədə biz üstün tərəf idik. Rəqib əsasən oyunu “evdə” keçirdi. Epizodlar yaratdıq, amma realizə edə bilmədik. Nəticədə risk etməli olduq və qapıçını meydan oyunçusu ilə əvəzlədik. Yenə səhvə yol verdik və rəqibimiz boş qapıya qol vurmaqla hesabdakı üstünlüyünü artırdı. Ümumi götürsək, intizamlı oynadıq, pis təsir bağışlamadıq. Təbii ki, qələbə qazana bilməyəndə bu cür məqamlar gözə görünmür. Qarşıda iki oyunumuz var. Şans hələ bitməyib. Razıyam, çətin olacaq. Ancaq daha yaxşı oynayıb, çətin olanı reallaşdırmağa çalışacağıq”.

 


Etiketlər:  Çətin olanı reallaşdırmağa çalışacağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ