Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 12:33
Bakı. Trend:
“Buta Airways”in resurslarının sənayenin innovativ flaqmanı “Amadeus” platformasına köçürülməsi ilə əlaqədar rəsmi “www.butaairways.az” veb-saytının bəzi funksiyaları fevralın 5-dən (Bakı vaxtı ilə 20:00) etibarən müvəqqəti olaraq işləməyəcək. Sayt və mobil əlavədə işlər görüldüyü müddət ərzində aviabiletlərin alınması, onlayn qeydiyyat və bronun idarə olunması səhifəsi işləməyəcək.
Bu barədə aviaşirkətdən Trend-ə bildirilib.
Texniki işlərin 48 saat ərzində başa çatdırılması planlaşdırılır, lakin qeydiyyat xidmətinin bərpası və bronun idarə edilməsində daha uzun gecikmələrin baş verməsi mümkündür. Onlayn qeydiyyatın aktiv olmadığı müddət ərzində bütün reyslərə hava limanlarında qeydiyyat ödənişsizdir.
Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə “[email protected]” elektron poçt ünvanı, saytdakı əks əlaqə forması və yaxud “WhatsApp” (+994 70 437 40 86) vasitəsilə müraciət etmək olar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin