Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Subbakalavrların köçürülməsinə icazənin verilməməsinin səbəbi açıqlandı

Subbakalavrların köçürülməsinə icazənin verilməməsinin səbəbi açıqlandı

Tarix: 30 Yanvar 2020 20:00

"Xarici ölkədə qiyabi təhsil alan tələbə Azərbaycandakı ali məktəblərə köçürülmə üçün müraciət edə bilməz".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin məsləhətçisi Günay İsgəndərova deyib.

Onun sözlərinə görə, tələbə xaricdə əyani təhsil aldığı halda köçürülmə üçün müraciət edə bilər.

G.İsgəndərova əlavə edib ki, bu il subbakalavrlar bakalavriat səviyyəsinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan olmadan qəbul olunublar:

"Yəni onlar imtahanlarda iştirak edərək bal toplamadılar. Köçürülmə isə tələbələrin topladıqları bala uyğun aparılır. Buna görə də subbakalavrlar üçün köçürülmənin aparılması nəzərdə tutulmayıb. Sadəcə olaraq, əyani təhsil alan bəzi tələbələr işlədiklərindən onların qiyabiyə köçürülməsi üçün imkan yaradılıb".

G.İsgəndərova qeyd edib ki, fevralın 1-dən Təhsil Nazirliyi tərəfindən yaradılan "transfer.edu.az"da tələbələrin köçürülməsi prosesinə başlanılır. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.

Xatırladaq ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.


Etiketlər:  Subbakalavrların köçürülməsinə icazənin verilməməsinin səbəbi açıqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ