Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Poco X2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran əldə edəcək

Poco X2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran əldə edəcək

Tarix: 30 Yanvar 2020 22:40

Xiaomi-nin müstəqil şəkildə fəaliyyət göstərən Poco brendi dünən öz yeni smartfon modeli olacaq Poco X2-nin təqdimat tarixini açıqlamışdı. Bugün isə smartfonun əsas özəlliklərindən biri barəsində məlumat ortaya çıxıb.

Sonxeber.net technote.az-a istinadən bildirir ki, internetdə ortaya çıxmış posterə əsasən Poco X2 smartfon modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib RealityFlow ekran əldə edəcək.

Bu isə bir daha onu təsdiqləyir ki, Poco X2 smartfon modeli keçən ay təqdim edilmiş Redmi K30 4G-nin qlobal versiyası olacaq. Son məlumata əsasən Poco X2 smartfonu Full HD+ keyfiyyətli 6.67 düym IPS LCD ekran, Snapdragon 730G prosessoru, 6/8 GB RAM, 64 MP + 8 MP + 5 MP + 2 MP dördlü arxa kamera, 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya və NFC modul ilə təchiz olunmalıdır.


Etiketlər:  Poco smartfonu təsvir yenilənməsinə sahib ekran əldə edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ