Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda koronavirusla bağlı 3 nəfər Kliniki Tibbi Mərkəzə müraciət etdi - Bir nəfər xəstəxanada

Bakıda koronavirusla bağlı 3 nəfər Kliniki Tibbi Mərkəzə müraciət etdi - Bir nəfər xəstəxanada

Tarix: 31 Yanvar 2020 16:21

Bakı. Samir Əli - Trend:

Bakıda koronovirus xəstəliyi ilə şübhəli olan 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə Yerləşdirilib.

Bu barədə Trend-ə açıqlamasında mərkəzin baş həkimi Ədalət Dadaşov məlumat verib. Onun sözlərinə görə, həmin şəxslərdən bir nəfər Çində təhsil alan azərbaycanlı, 1 nəfər Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakultəsində təhsil alan Çin vətəndaşı, digər şəxs isə Krasnoyarsk vilayətində yaşayan və hazırda Bakıda olan azərbaycanlıdır: "Çində təhsil alan azərbaycanlı və Krasnoyarsk vilayətindən gələn şəxs yoxlanılıb, analizlərin cavabları mənfi gəldiyi üçün evə buraxılıb. Yanvarın 27-də 1 mərkəzə daxil olan çinli tələbə isə hazırda müalicəsini davam etdirir. Onun da analizlərinin cavabı mənfi gəlib, özünü normal hiss edir və yaxın günlərdə evə buraxılacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda koronavirusla bağlı nəfər Kliniki Tibbi Mərkəzə müraciət etdi nəfər xəstəxanada


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ