Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 16:30
Bakıda koronovirus xəstəliyi ilə şübhəli olan 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə Yerləşdirilib.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında mərkəzin baş həkimi Ədalət Dadaşov məlumat verib.
Onun sözlərinə görə, həmin şəxslərdən bir nəfər Çində təhsil alan azərbaycanlı, 1 nəfər Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakultəsində təhsil alan Çin vətəndaşı, digər şəxs isə Krasnoyarsk vilayətində yaşayan və hazırda Bakıda olan azərbaycanlıdır: "Çində təhsil alan azərbaycanlı və Krasnoyarsk vilayətindən gələn şəxs yoxlanılıb, analizlərin cavabları mənfi gəldiyi üçün evə buraxılıb. Yanvarın 27-də 1 mərkəzə daxil olan çinli tələbə isə hazırda müalicəsini davam etdirir. Onun da analizlərinin cavabı mənfi gəlib, özünü normal hiss edir və yaxın günlərdə evə buraxılacaq".