Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda təcili yardım maşınının sürücüsü zibil qutularını eşələyir - FOTO

Bakıda təcili yardım maşınının sürücüsü zibil qutularını eşələyir - FOTO

Tarix: 31 Yanvar 2020 18:16

Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsünün maraqlı görüntüləri yayılıb. 

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, həkimi gözləyərkən sürücünün özünə maraqlı bir məşğuliyyət tapdığı görünür.

Sürücü bütün gigiyenik və sanitar normaları unudaraq, yaxınlıqdakı zibil qutularını eşələyir. O, özünə lazım olan nələrisə zibilin içindən seçib götürür.

Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirir. Beləliklə, xəstələrin daşındığı təcili yardım maşını virus yuvasına çevrilir. Açıq yara ilə və ya immuniteti aşağı olan xəstələrin bu cür antisanitar vəziyyətdə bir məntəqədən xəstəxanaya aparılması çox təhlükəlidir.


Etiketlər:  Bakıda təcili yardım maşınının sürücüsü zibil qutularını eşələyir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ