Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tacikistanda həbsxanada qiyam: ölənlərin sayı 32-yə çatdı (YENİLƏNİB)

Tacikistanda həbsxanada qiyam: ölənlərin sayı 32-yə çatdı (YENİLƏNİB)

Tarix: 20 May 2019 08:48

İlk xəbər saat 08:20-də yayımlanıb

Bakı. Trend:

Tacikistanın Vahdat şəhərində yerləşən həbsxanada ötən gün axşam saatlarında İŞİD-də üzvlülüyə görə cəzakən bir neçə məhbus qiyam başladıb.

Trend-in məlumatına görə, Tacikistanın ədliyyə nazirinin müavini, Cəzaların icrası üzrə Baş İdarənin rəhbəri Mansurcon Umarov "RİA Novosti"yə bildirib ki, qiyam zamanı 29 məhbus və 3 nəzarətçi həlak olub.

Onun sözlərinə görə, məhbuslardan 8-i toqquşmalar zamanı digər məhbuslar tərəfindən qətlə yetirilib.

XXX

08:20

Tacikistanın Vahdat şəhərində yerləşən həbsxanada ötən gün axşam saatlarında İŞİD-də üzvlülüyə görə cəzakən bir neçə məhbus qiyam başladıb.

Trend-in məlumatına görə, bu barədə Tacikistanın Ədliyyə Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatında deyilir: "Ötən gün təxminən saat 20:30-da başlayan iğtişaşlar zamanı İŞİD-də üzvlülüyə görə cəzakən təxminən 30 nəfər bıçaq və digər iti silahlarla 3 nəzarətçini girov götürüblər və daha sonra qətlə yetiriblər".

Bildirilir ki, qiyam başladanlar arasında da ölənlər var: "Danışıqlar zamanı cinayətkarlar aralasında da toqquşmalar baş verib. Həbsxana əməkdaşlarının qaydalara riayət etmək çağırışlarına məhəl verməyən cinayətkarlar onlara hücum edib və daha bir neçə nəzarətçini yaralayıblar. Həbsxananın administrasiyası tərəfindən vəziyyətin nəzarətə alınması üçün qəti tədbirlər görülüb və bu zaman təhlükəli cinayətkarlar arasında da ölənlər olub".

Nazirlik vurğulayır ki, hazırda həbsxanada vəziyyət stabildir və nəzarət altındadır, istintaq orqanları insidentlə bağlı araşdırmaları davam etdiri.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tacikistanda həbsxanada qiyam ölənlərin sayı çatdı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ