Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli.Az 10 yaşını qeyd edir

Milli.Az 10 yaşını qeyd edir

Tarix: 1 Fevral 2020 09:10

Bakı. Trend:

Bu gün Sonxeber.net internet portalının 10 yaşı tamam olur.

Trend-in məlumatına görə, bu gün portal Azərbaycanın ən çox oxunan internet resursları sırasındadır.

Bu müddət ərzində Sonxeber.net inkişaf edərək daha funksional olub, kifayət qədər auditoriya qazanıb. Fəaliyyətə başladığı ilk gündən dəqiq xəbərlər, baş verən hadisələrə mütəxəssis və ekspertlərin rəyləri, obyektiv informasiyalar vermək yolunu seçmiş Sonxeber.net-ın oxucularının sayı fasiləsiz artmaqdadır. Artıq stabil hal almış bu artım internet portalındakı kontent, informasiya və xəbərlərə olan tələbatla bağlıdır. Sonxeber.net portalının oxucu auditoriyasının stabil artımı həm də portal yaranandan sonra aparılan təkmilləşmə və inkişaf işlərinin məntiqi nəticəsi sayıla bilər.

10 il ərzində Sonxeber.net bir çox mükafatlar qazanıb, daha da populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib. Portal hadisələrlə bağlı oxucuları obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, Azərbaycanın informasiya məkanının ümumi inkişafına xidmət edir.

Bu gün Sonxeber.net internet portalı Azərbaycanda ən çox oxunan, sayılan və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir.

Sonxeber.net internet portalının kollektivini təbrik edir, böyük uğurlar arzulayırıq!

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  MilliAz yaşını qeyd edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ