Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 10:04
Bakı. Trend:
ABŞ rəsmiləri "Ərəbistan yarımadasındakı Əl-Qaidə" terror qruplaşmasının lideri Qasim ər-Rayminin Yəmənə endirilən hava zərbələri nəticəsində öldürüldüyünü hesab edirlər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "The New York Times" qəzetinə mənbələr bildirib.
Mənbələrin sözlərinə görə, ABŞ bir neçə ay ərzində ər-Rayminin yerini müəyyən etməyə çalışıblar. 2019-cu ilin noyabr ayında Mərkəzi Kəşfiyyat İdarəsi terrorçunun Yəməndə olduğu barədə məlumat alıb. Daha sonra ər-Rayminin pilotsuz uçuş aparatları ilə axtarışları davam etdirilib. Yanvar ayında ABŞ Yəmənə hava zərbələri endirib.
Bildirilir ki, ABŞ rəsmiləri ər-Rayminin ölümü barədə bu məlumat təsdiq edildikdən sonra elan edəcəklər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin