Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Talıb Tale əsəbiləşdi: "Danışılacaq o qədər mövzular varkən niyə aparıcılara..."

Talıb Tale əsəbiləşdi:

Tarix: 1 Fevral 2020 10:15

Müğənni Talıb Talenin toyu təxirə düşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı bu barədə "ATV"də yayımlanan "7 canlı" verilişində deyib.

Aparıcı Vüsalənin onun toyu ilə bağlı verdiyi suallara Talıb belə cavab verib:

"Danışılacaq o qədər mövzular varkən niyə aparıcılara, izləyicilərə şəxsi suallar maraqlıdır? Toyumun vaxtı dəyişib, bilinməyən vaxta keçirilib".

"Aranızda problem var?" sualına isə ifaçı "Ümumiyyətlə, bu barədə danışmayacağam" cavabını verib.

Qeyd edək ki, T.Talenin nişanı 2018-ci ilin mayında olmuşdu.

Milli.Az


Etiketlər:  Talıb Tale əsəbiləşdi Danışılacaq o qədər mövzular varkən niyə aparıcılara


RƏYLƏR