Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 22:00
Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raundunda son oyununu keçirib.
Qol.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Slovakiya yığması ilə üz-üzə gəlib. Xorvatiyanın Osiek şəhərindəki "Gradski vrt Arena"da təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.
Bununla da Azərbaycan millisi C qrupunda mübarizəni 4 xalla başa vurub. Slovakiya isə 1 xalla sonuncu olub.
Qrup qalibi və elit-raunda vəsiqə verən ikinci yerin sahibi saat 23:00-da başlanacaq Xorvatiya - Rusiya matçından sonra müəyyənləşəcək. Rusiya bu görüşdə qələbə qazana bilməsə, Azərbaycan qrup ikincisi kimi elit-raunda yüksələcək.
1 fevral
Azərbaycan – Slovakiya - 3:3
Qollar: Marian Hudek, 08:10. Matuş Çevçik, 30:42. Matuj Kijovski, 39:52 – Rafael Vilela, 16:21. Matuj Kijovski, 28:51-öz qapısına. Bolinya, 39:57.
Xorvatiya, “Qradski vrt Arena”