Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağciyər İnstitutunda silsilə ölümlər davam edir: 43 yaşlı xəstə vəfat etdi

Ağciyər İnstitutunda silsilə ölümlər davam edir:  43 yaşlı xəstə vəfat etdi

Tarix: 1 Fevral 2020 12:04

Bu gün Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir nəfər ölüb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü xəstə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağciyər-ürək çatışmazlığı diaqnozundan vəfat edib. 

Məlumata görə, xəstə bu vəziyyətdə 20 gün ev şəraitində müalicə aldıqdan sonra dünən Elmi-Tədqiqat Ağciyər İnstitutuna gətirilib. Kritik vəziyyətdə dərhal birinci reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq, səhər saatlarında vəfat edib.

TƏBİB qeydə alınan ölüm faktını Oxu.az-a təsdiqləyib.

Qeyd edək ki, yanvar ayının 15-dən indiyədək institutda ölənlərin sayı yeddi nəfərə çatıb.


Etiketlər:  Ağciyər İnstitutunda silsilə ölümlər davam edir yaşlı xəstə vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ