Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 13:04
Gədəbəydə mikroavtobus minik avtomobili toqquşub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Slavyanka kəndində qeydə alınıb.
"Qazel" markalı mikroavtobusla "VAZ 2106" markalı minik maşını toqquşub.
Nəticədə, hər iki avtomobildə olan şəxslərdən bir neçəsi xəsarət alıb.
Hadisə yerinə Yol Polisi əməkdaşları cəlb olunub.
Qəza nəticəsində 1 nəfər ölüb.
Ölən şəxs Səfərov Azər Bayram oğludur. Hadisə zamanı 7 nəfər - 1985-ci il təvəllüdü İsmayılov Sail Şamil oğlu, 2002-ci il təvəllüdlü Abbasov Coşqun Ələkbər oğlu, 1985-ci il təvəllüdlü Budaqov Emin Zakir oğlu, 1963-cü il təvəllüdlü Ələkbərov Ağa Ələkbər oğlu, 1964-cü il təvəllüdlü Məmmədəliyeva Mənzər Mikayıl qızı, 1996-cı il təvəllüdlü Sadıqova Solmaz İslam qızı, 1967-ci il təvəllüdlü Şəmilova Şəhla İsgəndər qızı xəsarət alıb.