Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 13:36
"Yuventus"un futbolçusu Emre Canın "Borussiya Dortmund"a keçidi rəsmiləşib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, türkəsilli alman yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında Dortmund təmsilçisində çıxış edəcək.
"Borussiya" Can üçün 1 milyon avro icarə haqqı ödəyib. Müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə, klub yayda 25 milyon avro da ödəyərək onu birdəfəlik almalıdır.
Qeyd edək ki, Can bu mövsüm "Yuventus"da cəmi 279 dəqiqə meydanda olub.