Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 18:10
Yevlax rayonunda azyaşlı qıza təcavüzdə ittiham olunan Tacir Rüstəmova cinayət işi açılıb.
Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, istintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Tacir Rüstəmov rayon ərazisində 15 yaşlı Səbinə Məmmədova (ad və soyad şərti verilib - red.) ilə cinsi əlaqədə olub.
Cinayət işi baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Günay Cavadovanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 6-a təyin olunub.