Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 14:18
Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə açıq Avropa kuboku turnirinin ikinci günündə 4 cüdoçumuz mübarizəyə başlayır.
Sonxeber.net-ın məlumatına görə, ağır çəkili cüdoçuların yarışlarında Araş Ağayi (81 kiloqram), Zaur Dünyamalıyev (90 kiloqram), Aslan Mirzəyev (100 kiloqram), İmran Yusifov (+100 kiloqram) güclərini sınayırlar.
Qeyd edək ki, fevralın 1-də keçirilmiş yarışların birinci günündə Oruc Vəlizadə (60 kiloqram) gümüş medal qazanıb.
Turnirə bu gün yekun vurulacaq.