Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 21:28
Spitzer kosmik rəsədxanasının "dondurulmasından" sonra onun yerini yeni James Webb teleskopu almalı idi, lakin məlum oldu ki, NASA yenidən kosmosa vaxtında çıxmağı təmin edə bilmədi. Söhbət bir neçə ay gecikmə və əlavə xərclənən milyonlarla dollardan gedir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, rəsədxananın 2021-ci ilin martında istifadəyə veriləcəyi gözlənilirdi. Bir sıra əlavə xərclərlə əlaqədar olaraq, ötən ilin oktyabr ayında cədvələ uyğun olaraq missiya xərclərinin təhlili aparıldı. Nəticədə məlum oldu ki, texniki problemlər obyektin tikintisində əhəmiyyətli bir gecikməyə gətirib çıxarıb.
Layihə başa çatdıqdan sonra James Webb bəşəriyyət tarixində ən güclü teleskop olacaq. Onun diametri 6,5 metr olan nəhəng güzgüsü, astronomlara keçmişə nəzər salmağa və 13 milyard il əvvəl kainatda baş verənləri anlamağa imkan verəcək.