Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Payız və qışda günəşli günlərin sayının azlığı mövsüm depressiyasına səbəb olur

Payız və qışda günəşli günlərin sayının azlığı mövsüm depressiyasına səbəb olur

Tarix: 3 Fevral 2020 07:00

Depressiya ən geniş yayılmış psixi pozuntulardan biridir. Bu xəstəlik hər yaşda, o cümlədən uşaq və yeniyetmə dövrlərində başlaya bilər. Depressiyanın iki pik dövrü məlumdur - 20 və 40 yaşlara çatdıqda belə bir hal qeydə alına bilər. Dünyada təxminən 350 milyona yaxın insan depressiyadan əziyyət çəkir.

Sonxeber.net bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru, tibb elmlər doktoru Zəfər Əliyev məlumat verib.

Z.Əliyev, həmçinin bildirib: "Xəstəlik əhval-ruhiyyənin aşağı olması, maraq dairəsinin azalması yaxud itməsi, həyatdan zövq almamaq, enerjinin azalması və yorğunluğun artması kimi əlamətlərlə təzahür edir. Həmçinin diqqət və konsentrasiyanın pisləşməsi, günahkar və özünü alçaltma hisslərin olması, oyanıqlıq yaxud tormozlanma, özünə zərəryetirmə və ya intihar fikirləri, yuxunun pozulması, iştahanın azalması kimi simptomlar da qeydə alınır. Depressiya diaqnozu qoyulması üçün bu əlamətlər iki həftədən artıq davam etməlidir. Depressiya gedişatına görə yüngül, mülayim və ağır dərəcəli olur. Xəstəlik bəzən xroniki forma da ala bilər".

Mütəxəssisin sözlərinə görə depressiya sosial, bioloji və psixoloji amillərin mürəkkəb qarşılıqlı təsiri nəticəsində yaranır. Məsələn, burada insanın ətraf mühitinin təsiri, xasiyyətin və yaxud irsiyyətin rolu ola bilər. Bundan başqa, payızda və qışda mövsüm depressiyası müşahidə olunur. Bu vəziyyət əsasən günəşli günlərin sayının az olmasından irəli gəlir.

Z.Əliyev qeyd edib ki, depressiyadan əziyyət çəkən şəxsin intiharetmə ehtimalı həmişə var: "Həmin insanlar yaxınları və cəmiyyət üçün təhlükəli olurlar. Bəzən depressiyası olan insan hesab edir ki, bu dünyada "əzab çəkir". Bunlardan "qurtulmaq" üçün özünü və yaxınlarını öldürür. Bu genişləndirilmiş intihar adlanır və sektalarda tez-tez rast gəlinir.

Onları depressiv vəziyyətdən çıxartmaq üçün mütləq psixiatra müraciət etmək lazımdır".


Etiketlər:  Payız qışda günəşli günlərin sayının azlığı mövsüm depressiyasına səbəb olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ