Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 09:27
Bakı. Trend:
32 saylı Suraxanı Üçüncü seçki dairəsindən YAP-ın Milli Məclisə deputatlığa namizədi Afət Həsənova bu gün Bülbülə qəsəbəsi, Deputat küçəsində seçicilərlə görüşüb
Trend-in məlumatına əsasən, görüş zamanı seçki platformasını açıqlayan deputatlığa namizəd Afət Həsənova bildirib ki, möhtərəm Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edilib.
Vətəndaşların sosial-rifah halının daha da yaxşılaşdırılmasını qarşısına məqsəd qoyduğunu qeyd edən deputatlığa namizəd gələcək fəaliyyətində sakinlərin qarşılaşdıqları problemlərin həlli namiə var gücü ilə çalışacağını söyləyib.
Görüşdə çıxış edən qəsəbə sakinləri Afət Həsənovanın layiqli namizəd olduğunu, onun seçkilərdə qələbə qazanacağına inandıqlarını və onun seçicilərini millət vəkili kimi lazımı səviyyədə təmsil edəcəyinə əminliklərini ifadə ediblər.
Daha sonra seçicilərin problemləri ilə maraqlanan namizəd onların qaldırdıqları məsələlərlə bağlı fikirlərini bildirərək, seçiciləri maraqlandıran sualları cavablandırıb.
Sonda görüş iştirakçıları deputatlığa namizəd Afət Həsənovaya uğurlar arzulayıb, yekdilliklə ona səs verəcəklərini bilidiriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin