Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda avtobus qəzası: Ölən və yaralanan var

İranda avtobus qəzası: Ölən və yaralanan var

Tarix: 3 Fevral 2020 09:48

Bakı. Elnur Bağışov - Trend:

İranın Zəncan-Qəzvin magistral yolunda bir sərnişin avtobusu aşıb.

Trend-in məlumatına görə, bunu İranın Zəncan vilayətinin yol polisi rəisinin əvəzi polkovnik Məhəmməd Əli Əzimi deyib.

M.Əziminin sözlərinə görə, hadisə nəticəsində 3 nəfər həlak olub, 21 nəfər yaralanıb.

Polis rəsmisi əlavə edib ki, Ərdəbildən Tehrana gedən avtobusun 28 sərnişini olub.

Əzimi sürücünün yorğunluğunun hadisəyə səbəb olduğunu deyib. Yaralılardan bəzisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, ötən gecə də Zəncan vilayətinin Əbhər rayonunda mikroavtobusun aşması nəticəsində 14 nəfər yaralanıb.

Əlavə edək ki, İranın Zəncan vilayətində 9 ay (21 mart -21 dekabr) ərzində yol qəzaları nəticəsində 205 nəfər həlak olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İranda avtobus qəzası Ölən yaralanan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ