Tarix: 3 Fevral 2020 12:02
“Milan”ın canlı əfsanəsi Paulo Maldininin oğlu Daniel Maldini “qırmızı-qaralar”ın heyətində debüt edib.
Qol.az xəbər verir ki, 18 yaşlı hücumçu A Seriyasının son turunda “Verona” ilə görüşün (1:1) 90+3-cü dəqiqəsində meydana çıxıb.
Daneil məşhur nəslin 3-cü nümayəndəsidir. Onun babası Çezare 1954, atası Paulo 1984-cü ildə “Milan”da debüt edib. Çezare “rassonyerlər”də 347, Paulo isə 647 oyun keçirib. Baba Maldini müxtəlif klublarda çıxış etsə də, Paulo yalnız "Milan"ın şərəfini qoruyub. O, 25 il 1984-2009-cu illərdə doğma komandasında oynayıb.