Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 12:44
Bakı. Trend:
Karateçilərimiz 7-9 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə Yeniyetmə və gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatında iştirak edəcək.
Azərbaycan Karate Federasiyasından Trend-ə bildirilib ki, milli komandanın heyətinə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov rəhbərlik edəcək. Kumite üzrə baş məşqçi Anar Allahverdiyev, böyük məşqçi Şahin Xudaverdiyev və qadınların baş məşqçisi Denis Morozov, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov mötəbər yarışda 30 idmançının mübarizə aparmasına üstünlük verib.
14-15 yaşlı yeniyetmələrdə Məhəmməd Xamoyev (-52 kq), Fərid Savadov (-57 kq), Rumil Cəfərli (-63 kq), Vahid Həsənov (-70 kq), Elgün İmanquliyev (+70 kq), Aysu Əliyeva (-47 kq), Suada Kərimova (-54 kq), Arina Bezrebra (+54 kq), həmçinin Elcan Səmədzadə və Samirə Məmmədova (kata) çıxış edəcək.
16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq), Əminağa Quliyev (-61 kq), Tale Yaqubov (-68 kq), Fərid Ağayev (-76 kq), Osman Osmanlı (+76 kq), Xumar Əlibəyova (-48 kq), Polina Qurenko (-53 kq), Ayla Rzazadə (-59 kq), eləcə də Həsənəli Həsənov və Zəhra Qurbanzadə (kata) tatamiyə çıxacaq.
18-20 yaşlı gənclərin yarışında Museib Məmmədov (-60 kq), Hümmət Baxşəliyev (-67 kq), Qasım İsgəndərov (-75 kq), Murad Balakişiyev (-84 kq), Murad Hacızadə (+84 kq), Fidan Teymurova (-50 kq), Mədinə Sadıqova (-55 kq), Renata Ərəbli (-61 kq), Zamirə Rzayeva (-68 kq) və Ceyhun İsmayılov (kata) çıxış edəcək.
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov də heyətlə birgə Macarıstana ezam olunub. Yeniyetmə və gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatında 52 ölkədən 1155 idmançı mübarizə aparacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin