Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2019 14:24
Fransa Liqasında 2018/19 mövsümünün ən yaxşı futbolçusu məlum olub.
Qol.az xəbər verir ki, Fransa Futbol Federasiyasının versiyasına əsasən PSJ-nin hücumçusu Kilian Mbappe mövsümün ən yaxşı oyunçusu seçilib. 20 yaşlı hücumçu bu mövsüm Fransa Liqasında 28 qarşılaşmada 32 qol vurub.
Digər nominasiyalrın qalibləri isə aşağıdakılardır:
Ən yaxşı baş məşqçi - Kristof Qaltye ("Lill")
Ən yaxşı qapıçı - Mayk Menyan ("Lill")
Ən yaxşı qolun müəllifi - Loik Remi ("Lill")
Ən yaxşı hakim - Kleman Tyürpen
Ölkə xaricində oynayan ən yaxşı fransız futbolçu - Kərim Benzema ("Real)