Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 22:50
Fransanın Baş Naziri Eduard Filip mart ayında ölkədə keçiriləcək bələdiyyə seçkilərində namizədliyini irəli sürüb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, E.Filip Baş Nazir vəzifəsindən əvvəl 2010-2017-ci illərdə Avr şəhərinin meri olub. O bildirib ki, məqsədi yenidən Avrın meri olmaqdır.
Qeyd edək ki, Eduard Filipin reytinqi artıq əvvəlki kimi deyil. Avr şəhər sakinləri də ölkənin digər şəhərlərdəki kimi hökumətin pensiya islahatlarına qarşı nümayişlər keçiriblər.