Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Koronavirus dünyanı iPhone-larsız qoyacaq və özü ilə iqtisadi böhran gətirəcək''

''Koronavirus dünyanı iPhone-larsız qoyacaq və özü ilə iqtisadi böhran gətirəcək''

Tarix: 4 Fevral 2020 09:00

Çində 2019-nCoV koronavirusunun sürətlə yayılması öz növbəsində Apple smartfonları üçün komponent istehsalı planlarına təsir göstərə bilər. Anonim qalmaq istəyən logistika üzrə menecer qeyd edib ki, ölümcül virus istehsalat öhdəliklərinin yerinə yetirilməsini çətinləşdirə bilər. "Çində olan vəziyyət istehsalat proseslərinin qrafiklərinə təsir edə bilər" - deyə mənbə qeyd edib. Bu barədə Nikkei Asian Review saytı xəbər verib. Qeyd etmək lazımdır ki, məlumata əsasən Apple şirkəti gələn ay 5.4 düym ekrana sahib büdcəli iPhone modelinin istehsalına start verməyi planlaşdırır. Lakin yayılan ölümcül virus səbəbilə bu planlara dəyişiklik edilə bilər.

Sonxeber.net technote.az-a istinadən bildirir ki, Apple şirkətinin əsas istehsalat mərkəzləri Hubey əyaləti ilə sərhədlərə sahib Henyan və Quandun əyalətlərində yerləşir. Ölümcül virusun ortaya çıxdığı Uhan şəhəri isə məhz Hubey əyalətindədir. Henyanda Foxconn şirkətinin zavodu yerləşir və orda dünyanın bütün iPhone modellərinin yarısından çoxu istehsal olunur. Foxconn şirkətinin təmsilçiləri qeyd ediblər ki, təhlükə üçün heç bir risk yoxdur "Biz təsdiqləyə bilərik ki, biz öz istehsalat öhdəliklərimizi yerinə yetirmək üçün bütün tədbirləri görmüşük" - deyə Foxconn təmsilçisi qeyd edib. Söhbətin hansı tədbirlərdən getməsi barəsində isə heç bir məlumat verilməyib.

Bununla yanaşı Apple şirkəti artıq Çində bir mağazasının fəaliyyətini dayandırıb və digər mağazalarda çalışma müddətini aşağı endirib. Bundan əlavə olaraq şirkət Çinə olan ezamiyyət sayını minimuma endirib. Bununla paralel olaraq iqtisadiyyatçılar yüksək sürətlə yayılan koronavirusda 2000-ci illərin sonunda baş vermiş iqtisadi böhranın əlamətlərini görürlər. AdMarco şirkətinin analitiklərinin fikirlərincə hal hazırda vəziyyət 2003-cü ildəki SARS epidemiyasından daha təhlükəlidir. Həmin vaxtda SARS epidemiyasına 8000 insan yoluxmuş və nəticədə 800 insan həyatını itirmişdi. 2003-cü ildəki epidemiya nəticəsində Çinin iqtisadiyyatı 1% geriləmə, bütün Şərqi Asiyanın iqtisadiyyatı isə 0.5% geriləmə sərgiləmişdi.

Lakin həmin vaxtdan bəri Çinin böyük şəhərlərindəki əhali sayı artdı. Bundan əlavə olaraq çinlilər tez-tez səyahət etməyə başladılar. 2003-cü ildə çinlilərin 60%-i kənd regionlarında yaşayırdı. İndi isə çinlilərin 60%-i məhz şəhərlərdə yaşayır. Aviauçuşların sayı il ərzində 80 milyondan 600 milyona yüksəldi. "Şəhər əhalisinin böyük hissəsi karantin altına alınıb. Bu isə biznesin böyük payıdır. Buna görə də bir çox Çin şirkətləri fors-major vəziyyət elan edərək sifarişlərin qəbulunu dayandıracaqlar" - deyə AdMarco şirkətinin mütxəssislərindən biri qeyd edib.

"Əgər Ümumdünya Səhiyyə Təşkilatı səhv etmirsə və onların dedikləri kimi virus yaxın bir neçə ay ərzində yayılmağa davam etsə, o, Çinin iqtisadi artımını 1%, dünyanın iqtisadi artımını isə 0.5% aşağı salacaq. Lakin biz güman edirik ki, vəziyyət daha da pis ola blər. Çinin iqtisadiyyatı dünya iqtisadiyyatı ilə bağlıdır. Qlobal iqtisadi artımın zəif olması səbəbilə Ümumdünya bankı təkcə bu il üçün Çinin iqtisadi artımının 2.5% aşağı düşəcəyini proqnozlaşdırır. Ola bilər ki, Çin dünya iqtisadiyyatını növbəti iqtisadi böhrana gətirəcək" - deyə mütəxəssis əlavə edib.


Etiketlər:  Koronavirus dünyanı iPhone larsız qoyacaq özü ilə iqtisadi böhran gətirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ