Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Anamın dayısı qızı koronavirusdan vəfat edib” - “Whatsapp”dan gələn səslər - VİDEO

“Anamın dayısı qızı koronavirusdan vəfat edib” - “Whatsapp”dan gələn səslər - VİDEO

Tarix: 4 Fevral 2020 18:20

"Bu qadını hamınız paylaşın. Bu qadının şəklini qrupda paylaşıblar, uşaq oğurlayır". 
"Hamıya deyin ki, xəstəxanalarda hər şey pulsuzdur, şəxsiyyət vəsiqələrini götürüb gəlsinlər".
"Bu gün xoşagəlməz bir hadisə olub, anamın dayısı qızı koronavirusdan vəfat edib".


Bu siyahını uzatmaq da olar. Son vaxtlar bu cür votsap şaiyələri tez-tez yayılır. Sonradan dövlət qurumları tərəfindən təkzib edilsə də, insanlar arasında sürətlə yayılan belə dezinformasiyalar təşviş yaradır.

Sonxeber.net bildirir ki, məsələnin əhəmiyyətini nəzərə alaraq ARB TV-nin "Günə doğru" verilişi maraqlı süjet hazırlayıb.

Sakin: "Kimsə yazır, atır dostuna ki, 10 nəfərə göndər. O da göndərir. Belə də yayılır da. Amma inanmırıq, boş söhbətlərdir".

Amma çox təəssüf ki, inanıb, bu xəbərin təsir altına düşənlər də az olmur.

Təhminə Çələbi - Psixoloq: "Sonunda insan həyatını sona gətirən bir şey ölüm xəbərləri seçilir. Ölüm, qəza, yəni ki sizin heç bir şeydən xəbəriniz yoxdur. Hazırda sizi bir təhlükə gözləyir. Bu tip xəbərlər eşitdikdə əgər insanlarda bir az psixoloji sarsıntı, zəiflik varsa, bu kimi  xəbərlər gərginliklər yarada bilər, ölüm qorxusu çoxala bilər və insanlarda panik ataklar olar".

Rəşad Əliyev - Ekspert: "Hər hansı bir xəbərə gəldikdə, bu insanların zəifliyindən istifadə edərək, aktual mövzunu götürürlər. Onun əsasında yayırlar. Məlumatlar çox vaxt dostdan-dosta, şəbəkə prinsipi ilə paylanmış olur".

Çox vaxt belə məlumatların kim tərəfindən göndərilməsi də məlum olmur. Birdən tanımadığın nömrədən sizə təşviş dolu mesaj göndərilə bilər.

Rəşad Əliye - Ekspert: "Yüklə gör telefonda dostlarının adı nədir, bu tipli proqramlar var ki, onları yükləyərkən, telefon nömrənizi 3-cü resursa verirsiz. Həmin o resurslar da nömrələri istifadə edirlər".

Kiminsə və yaxud hansısa hadisə barədə bilərəkdən yalan məlumatvermə cinayət məsuliyyəti yaradır.

Tahir Əliyev - Hüquqşünas: "Həm mülki qaydada şərəf və ləyaqətin müdafiəsi ilə bağı məhkəməyə iddia ərizəsinin verilməsi üçün əsas yaradır, o cümlədən yalan olduğunu bilə-bilə məlumat verilməsi Cinayət Məcəlləsinin 296 maddəsində nəzərdə tutulmuş məsuliyyət yaradır".

Əgər yalan xəbəri yayan müəyyənləşərsə, onu 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.


Etiketlər:  Anamın dayısı qızı koronavirusdan vəfat edib Whatsappdan gələn səslər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ