Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cənubi Koreyada avtomobil şirkətləri istehsalı dayandırdı

Cənubi Koreyada avtomobil şirkətləri istehsalı dayandırdı

Tarix: 4 Fevral 2020 19:50

Cənubi Koreyada avtomobil və texnika istehsalçıları zavodlarda işləri dayandırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu qərar Çində koronavirusun yayılması ilə əlaqədar qəbul edilib.

Qeyd olunub ki, Çində sənaye müəssisələrinin işinin dayanması ilə əlaqədar avtomobil hissələrinin ixracı kəskin azalıb.

Cənubi Koreyanın "Hyundai Motor Group" şirkəti ölkə ərazisindəki bütün zavodlarında istehsalı dayandırır. Əksər zavodların fevralın 11-dək işləməyəcəyi deyilir.

"SsangYong Motor" şirkəti fevralın 12-dək Phöntek şəhərindəki zavodunda istehsal prosesini dayandırır.

"KIA Motors" öz növbəsində istehsal tempini azaltdığını elan edib.

Bundan başqa, "Samsung Electronics", "LG Display" və digər texnika şirkətləri Çindəki zavodlarda fevralın 9-dək işlərin bərpa olunmayacağını elan edib.

Milli.Az


Etiketlər:  Cənubi Koreyada avtomobil şirkətləri istehsalı dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ