Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tesla Çindəki fabrikini bağladı

Tesla Çindəki fabrikini bağladı

Tarix: 4 Fevral 2020 21:12

Çində ortaya çıxan və bütün dünyanı təhdid edən koronavirus şirkətlərin işinə də təsirsiz ötüşməyib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Feysbuk, Razer, Apple və LG kimi texnologiya nəhənglərinin ardınca elektrikli avtomobil istehsalçısı Tesla da qabaqlayıcı tədbirlər həyata keçirməyə başlayıb.

Çin hökumətinin tələbi ilə Şanxaydakı fabrikini müvəqqəti olaraq bağlayan Tesla qərarda dəyişiklik edilmədiyi halda fabriki fevralın 9-u açacaq.

Xatırladaq ki, dünyanın ən böyük elektrikli avtomobil bazarı Çində qurulan bu fabrikdə istehsal edilən ilk avtmobillər 2019-cu ilin sonunda istehlakçılara təqdim edilib.

Tesla-nın maliyyə direktoru Zek Kirxorn ehtiyat tədbirlərindən dolayı məhsulların çatdırılmasında 10-11 gün gecikmə yaşanacağını deyib. Bundan başqa, o, 2020-ci ilin ilk rübündə şirkətin gəlirlərində kiçik azalma qeydə alınacağını bildirib.

Qeyd edək ki, ABŞ və Çin arasındakı iqtisdiyyat müharibəsinin davam etdiyi bir müddətdə Tesla-nın Şanxayda fabrik açması işləri asanlaşdırıb. Sözügedən müəssisə Çindəki tamamilə xarici sərmayə ilə açılan avtomobil fabrikidir.

Tesla epidemiya üzündən profilaktik addımlar atan yeganə şirkət deyil. İnternet nəhəngi Google-dan bu gün verilən açıqlamada Çindəki bütün ofislərin müvəqqəti olaraq işini dayandırdığı qeyd olunub. Apple və Feysbuk isə əməkdaşlarının Çinə səyahətinə qadağa qoyub.


Etiketlər:  Tesla Çindəki fabrikini bağladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ