Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 01:33
Tailand həkimləri QİÇS və qrip dərmanlarını birlikdə tətbiq edərək koronavirusa yoluxmuş xəstələrdə 48 saat ərzində yaxşılaşma müşahidə edib.
Sonxeber.net xəbər verir ki, bu xəstələr arasında virusun yayıldığı Çinin Vuhan şəhərindən gələn, 10 gündür nəzarət altında saxlanılan və koronavirus testi müsbət çıxan 70 yaşlı qadın da var.
Ağciyər xəstəlikləri üzrə mütəxəssis Krianska Atipornvaniç bu metodun virusun müalicəsi olmadığını bildirib. Ancaq o əlavə edib ki, bu üsulu tətbiq etdikdə xəstələrin vəziyyəti sürətlə yaxşılaşır.
Qeyd edək ki, Tailand Səhiyyə Nazirliyi bu gün yeni müalicə metodunun tətbiqi ilə bağlı iclas keçirəcək. (publika.az)