Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evlərin isidilməsi əksər avropalıların cibinə uyğun deyil

Evlərin isidilməsi əksər avropalıların cibinə uyğun deyil

Tarix: 5 Fevral 2020 07:48

Avropa İttifaqına üzv ölkələrin əhalisinin orta gəliri ilə müqayisədə təbii qazın dəyəri o dərəcədə bahadır ki, əksər ailələrin öz yaşadığı mənzilləri lazımınca qızdırmağa imkanları çatmır.

Sonxeber.net bildirir ki, AZƏRTAC Avropa Statistika Agentliyinin məlumatına istinadla xəbər verir ki, rəyi soruşulan Bolqarıstan (34 faiz), Litva (28 faiz), Macarıstan (26 faiz), Yunanıstan (23 faiz), Kipr (22 faiz), Portuqaliya (19 faiz) və İtaliya (14 faiz) sakinləri evlərini lazımi səviyyədə isidə bilmədiklərini etiraf ediblər. Təkcə Macarıstanı götürsək, hələ 8 il bundan əvvəl bu göstərici 15 faizə bərabər olub.

Ən yaxşı vəziyyət inkişaf etmiş ölkələrdə - Avstriya, Finlandiya, Lüksemburq, Niderland, Estoniya və İsveçdədir. Həmin ölkələrdə əhalinin yalnız 2 faizi bununla bağlı çətinliklə qarşılaşır.


Etiketlər:  Evlərin isidilməsi əksər avropalıların cibinə uyğun deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ