Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR Vyetnama neft tədarükünə başlayıb

SOCAR Vyetnama neft tədarükünə başlayıb

Tarix: 5 Fevral 2020 09:28

Bakı. Ləman Zeynalova - Trend:

Bu ilin yanvarında Türkiyənin Ceyhan limanından 1 milyon barel həcmində Azərbaycan nefti Vyetnam istiqamətində yol salınıb.

Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, neftin Vyetnam limanına fevralın əvvəlində çatacağı gözlənilir:

“Eyni zamanda Ceyhan limanından “Azeri Light” markalı neftin eyni istiqamətdə ikinci partiyasının yola salınması da fevralın əvvəlinə planlaşdırılır”.

Qeyd edək ki, ötən ilin noyabrında Vyetnamın "Binh Son Refining and Petrochemical Co" dövlət neft emalı və neft-kimya şirkəti ilə SOCAR saziş imzalamışdı. Sazişə əsasən, "SOCAR Trading" Vyetnamın "Dung Quat" neft emalı zavoduna beş milyon barrel neft tədarük edəcək. Proses 2020-ci ilin birinci yarısında baş tutacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  SOCAR Vyetnama neft tədarükünə başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ