Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Könül ilə əyləşmək istəməyən Nazpəri kulisdə GÖZLƏDİ - O da verilişdən getdi - FOTO

Könül ilə əyləşmək istəməyən Nazpəri kulisdə GÖZLƏDİ - O da verilişdən getdi - FOTO

Tarix: 5 Fevral 2020 12:14

"5/5"in 6 yaşı münasibəti ilə verilişə təşrif buyuran xalq artisti Nazpəri Dostəliyevanın əməkdar artist Könül Kərimovadan başqa hər kəslə görüşməsi tərəflər arasındakı küsülülüyü üzə çıxarıb.

Sonxeber.net xəbər verir ki, verilişin reklam fasiləsi Nadir Qafarzadənin ifası ilə bitib. Bir məqam yenidən diqqət çəkib - Könül Kərimova ilə eyni verilişdə əyləşmək istəməyən Nazpəri xanım kulisdə gözləyib.

Aparıcı Zaur Kamal xalq artistini kulisdən rəqsə dəvət edib. 

İfası bitən Nadir "Deyirəm elə qonaqlar gəlib-gedir. Biz də Könül ilə bir məclisə gedəcəyik" sözləri ilə aparıcıdan getmək üçün izn istəyib. Əməkdar artist Könül Kərimova da "Elə məni də apar" ifadəsi ilə məcburiyyətdən verilişi yarımçıq tərk etmək istədiyini göstərmiş olub.

Zaur studiyanı tərk edən məşhurların da iştirakı ilə Nazpəri xanımla birgə selfi çəkdirmək istəyib. Xalq artisti "Mən gülləri sulayıram" bəhanəsi ilə həmin şəkildə yer almaq istəməsə də Nadir və Zaurun təkidindən sonra selfi üçün onlara yaxınlaşıb. Lakin Nazpəri Dostəliyevanın o an "Eh, selfi eləmək hələ ürəkdə qalmaq demək deyil" ifadəsini işlətməsi tərəflər arasındakı incikliyi açıq-aşkar hiss etdirib.

Könül Kərimova studiyanı tərk etdikdən sonra isə Nazpəri Dostəliyeva "İllər keçə bilər, əsas odur ki, insan etibarlı, sadiq olsun. Heç olmasa o, kəsdiyi çörəyi ayaqlamasın. Heç kim üçün yox, özü üçün, öz vicdanı üçün, öz mənliyi üçün, öz şəxsiyyəti üçün. Bax, bu, çox qəliz məsələdir. Əslində, adi bir şeydir" ifadələrini işlədib. Zaur Kamal "Nə olub, sən mənim canım?" desə də, xalq artisti bu haqda daha açıqlama verməyib. 

Məhəmməd Vaqif


Etiketlər:  Könül ilə əyləşmək istəməyən Nazpəri kulisdə GÖZLƏDİ verilişdən getdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ