Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artistinin oğlu: ''Vəfatından 3 gün əvvəl...''

Xalq artistinin oğlu: ''Vəfatından 3 gün əvvəl...''

Tarix: 5 Fevral 2020 13:10

Aktyor oyunumda atamla bəzi oxşarlıqlar var. Atam olduğu üçün demirəm, həqiqətən, düzgün istiqamətdə olan aktyordur. Ramiz Novruzu özümə həmişə ideal kimi görmüşəm. Amma atam da bilir ki, Ceyhun Mirzəyev Azərbaycan kinosunda ən sevdiyim aktyorlardan biridir.

Bu sözləri tanınmış müğənni, Akademik Milli Dram Teatrının aktyoru Cavidan Novruz publika.az-a atası, Xalq artisti Ramiz Novruz haqqında danışarkən deyib.

"Bir neçə ay əvvəl onun heç kəsdə olmayan materiallarını tapdım. Bir aylıq maaş bahasına bunu etdim. Kinorejissor və aktyor Ceyhun Mirzəyev mənim üçün həmişə əvəzolunmaz olaraq qalacaq. 1993-cü ildə onun "Anaya ögey deməzlər" verilişi efirə getmişdi. Bu veriliş Ceyhun Mirzəyevin ölümündən 3 gün əvvəl evində çəkilib. Verilişdən bir dəqiqəlik videonu instaqramda paylaşmışdım, çox böyük səs-küyə səbəb oldu. Kadrlar efirdə yalnız bir dəfə gedib. Görüntüləri kanallara vermək fikrim yoxdur, onun haqqında sənədli film çəkmək arzum var. Əlimdə olan materiallar Ceyhun Mirzəyevi tanımağa imkan verir. Həqiqətən bu kadrlara dəhşətli demək olar".


Etiketlər:  Xalq artistinin oğlu Vəfatından gün əvvəl


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ