Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 17:50
Qasım Süleymani İran rejiminin qəssabı və canavarı idi. İraqda xidmət aparan minlərlə ABŞ əsgərini öldürdü və yaraladı.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı deyib.
"Ötən ay ABŞ ordusu mənim göstərişimlə Süleymaninin öldüyü mükəmməl bir hücum təşkil etdi və onun terror "hökmdarlığını" yox etdi. Terrorçulara mesajımız qətidir - ABŞ-ın ədalətindən əsla qaça bilməyəcəksiniz. Vətəndaşlarımıza hücum etsəniz, bunun əvəzini canınızla ödəyərsiniz", - deyə Tramp bildirib.