Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hazard komanda ilə məşqlərə başladı

Hazard komanda ilə məşqlərə başladı

Tarix: 5 Fevral 2020 20:18

"Real"ın futbolçusu Eden Hazard zədəsini tam sağaltmaq üzrədir.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu artıq komanda ilə ümumi məşqlərə başlayıb.

Belçikalı futbolçu 2 aydan çox müddətdir ki, zədə səbəbi ilə yaşıl meydanlardan kənardı qalıb

O, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSJ-ilə matçda (2:2) zədələnib.

Qeyd edək ki, E.Hazard ötən ilin yayında 100 milyon avro qarşılığında "Çelsi"dən "kral klubu"na keçib. Onun Madrid təmsilçisi ilə 2024-cü ilin yayınadək müqaviləsi var.

 


Etiketlər:  Hazard komanda ilə məşqlərə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ