Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 21:16
Poco brendinin Xiaomi-dən ayrılaraq müstəqil brend kimi fəaliyyət göstərməyə başlamasından bir neçə həftə sonra brendin tamamilə yeni smartfon modeli təqdim olundu. Poco X2 adlı yeni smartfon modelinin əsas özəllikləri sırasında nəzərə çarpan texniki özəlliklər, təkmilləşdirilmiş kameralar və təsvirin yüksək tezlikli yenilənməsinə sahib ekran var. Beləliklə Poco X2 martfonu Full HD+ keyfiyyətli 6.67 düym IPS ekrana sahibdir. Ekran ətrafındakı çərçivələr isə nazikdirlər. Poco X2-nin ekranının əsas özəlliyi ondan ibarətdir ki, o, 120 Hz-lik təsvir yenilənməsinə sahibdir.
Ön kameralar ekranın yuxarı sağ hissəsində olan oval formalı çıxıntı daxilində yerləşdirilib. Smartfonun arxa panelinin mərkəzində isə 4 kamera modulu yerləşdirilib. Poco X2 Snapdragon 730G prosessoru vasitəsilə çalışır. Çalışan müddətdə smartfondakı istilik səviyyəsini aşağı salmaq üçün orijinal maye soyutma sistemindən istifadə olunur. Bundan əlavə olaraq Poco X2 smartfonu Adreno 618 qrafik sürətləndirici ilə də təchiz olunub. Oyunlarda yüksək performansın əldə olunması üçün Poco X2 özündə ikinci nəsil Game Turbo texnologiyasını birləşdirir.
Digər texniki özəlliklərə gəldikdə isə smartfon 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş həcmi, 64 MP (f/1.8 diafraqmalı) + 8 MP (120 dərəcəlik bucaq təsvirli) + 2 MP (f/2.4 diafraqmalı makroobyektiv) + 2 MP (ToF modul) dördlü arxa kamera, 20 MP + 2 MP ikili ön kamera və 27 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsində yerləşdirilib. Beləliklə Poco X2 smartfonu 11 fevral tarixində satışa çıxacaq. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 224$-a, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 239$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 281$-a satılacaq.