Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 10:25
"Eurovision" təmsilçilərimizdən olan Dilarə Kazımova yeni görünüşü ilə diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni bu dəfə kəkil kəsdirib, fərqli saç düzümü edib və burnuna pirsinq taxıb.
İfaçı yeni şəklini 248 minlik İnstaqram səhifəsində yayımlayıb. İzləyicilərinin əksəriyyəti isə onun yeni tərzini bəyənməyiblər. Bəziləri isə Dilarəni Ajda Pekkan və Sezen Aksuya bənzədiblər.