Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezidentin tapşırığı icra olunur: Bu şəhərlərdə içməli su təminatı layihəsi işə başlayacaq

Prezidentin tapşırığı icra olunur: Bu şəhərlərdə içməli su təminatı layihəsi işə başlayacaq

Tarix: 6 Fevral 2020 10:46

Azərbaycanda vətəndaşların içməli su ilə təminatı ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə "Azərsu" ASC ölkə vətəndaşlarının içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirir: "Cənab Prezident ölkənin hər bir sahəsi kimi, bu sahəni də daim nəzarətdə saxlayır, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün lazım olan bütün şəraiti yaradıb.

Dövlət başçısının nəzarəti ilə həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verib. Nəticədə bu gün ölkənin bir çox ərazilərində əhali tam olaraq içməli su ilə təmin edilib. Digər ərazilərin isə təminatı ilə bağlı sürətli işlər görülür. Bu sahəyə göstərilən xüsusi diqqət nəticəsində indiyə qədər "Azərsu" Naxçıvan Muxtar Respublikası istisna olmaqla, 52 şəhər və rayon mərkəzində əhalinin içməli su ilə təmin olunması və kanalizasiya xətləri ilə bağlı işlərə başlayıb.

Artıq 31 şəhər və rayonda su və kanalizasiya, 10-da isə su layihəsinin icrası yekunlaşıb. Bu gün regionlarda - Qusar, Masallı, Lerik, Astara, Lənkəran, Hacıqabul, Beyləqan, Tərtər, Daşkəsən, Mingəçevir, Ağdaş və Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı şəhərciklər 100 faiz su alırlar. Bundan başqa, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala şəhərlərinin 95 faizi, Cəlilabad, Ucar, Zərdab, Kürdəmir, Şabran, Xaçmaz və Göyçay şəhərlərinin 90 faizindən çoxu 24 faiz içməli su ilə təmin olunub.

Bu gün "Azərsu" ASC-nin 8 regional idarəsi var. Deyə bilərəm ki, 6 saylı regional idarənin ərazisində əhalinin içməli su ilə təminatı 96 faizdir. Şirvan, Gəncə, Salyan, Neftçala , Yevlax, Horadiz, və Şəki şəhərlərində su təminatı nisbətən azdır. Burada içməli su təminatı layihələri yeni başlayıb. Bərdə və Balakən şəhərlərində isə bununla bağlı yaxın vaxtlarda işə başlanacaq".


Etiketlər:  Prezidentin tapşırığı icra olunur şəhərlərdə içməli təminatı layihəsi işə başlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ