Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Firuzə İbadova Aynişanın toyundakı hadisədən danışdı

Firuzə İbadova Aynişanın toyundakı hadisədən danışdı

Tarix: 6 Fevral 2020 13:55

Əməkdar artist Firuzə İbadova həmkarı Aybəniz Haşımovanın qızı Aynişanın toy məclisindən küsüb getməsi ilə bağlı xəbərə münasibət bildirib.

Müğənni axşam.az-la əlaqə saxlayaraq, saytımızda yayımlanan xəbərlə bağlı açıqlama verib. O bildirib ki, Haşımova ilə heç bir inciklikləri olmayıb:

"Onlar mənim ailəm kimidir. Aynişan da gözümün qabağında böyüyüb. Aybəniz onu necə böyüdüb bilirəm. Xoşbəxt olsun. Bizim aramızda inciklik ola bilməz. Bu söz-söhbətin nədən qaynaqlandığını bilirəm. Ola bilsin ki, orada gözlədilər mənə söz verilsin, səhnəyə çıxım, mahnı oxuyum. Olmadığı üçün belə söhbət yayıldı. Aybəniz Haşımova ilə bacı kimiyik. Bir aydır xəstəyəm, indi də səsimdən bunu hiss edirsiniz. Soyuqlamışam. Toyda da başdan ayağa kimi otura bilmədim. Başqa bir inciklik yaşanmayıb".

Qeyd edək ki, F.İbadovanın başqa məclisdə olduğu üçün Haşımovanın övladının toyuna gec gəldiyi, qarşı tərəfin isə buna əsəbiləşdiyi bildirilib. Bu isə F.İbadovanın xoşuna gəlməyib. O, həmkarının iradını qəbul etməyib.


Etiketlər:  Firuzə İbadova Aynişanın toyundakı hadisədən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ