Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dinamo'' Şeydayevə görə CAS-a şikayət edir

''Dinamo'' Şeydayevə görə CAS-a şikayət edir

Tarix: 6 Fevral 2020 14:08

"Dinamo" sabiq futbolçusu Ramil Şeydayevla bağlı Rusiya Futbol İttifaqının (RFİ) Mübahisələrin Həlli Palatasının verdiyi qərardan narazıdır.

Qol.az xəbər verir ki, bu barədə "Sport Express" nəşri yazıb. Xatırladılıb ki, qurum Moskva "Dinamo"suna heyətinə yeni qatdığı futbolçuların qeydiyyatına və meydana çıxmasına qadağa qoyub. Yığmamızın forvardı Ramil Şeydayevin şikayətinə baxan federasiya rəsmiləri onunla müqavilə şərtlərinə əməl edilmədiyi qənaətinə gəldiyi üçün bu qərarı verib.

Ancaq "Dinamo"nun bu qərardan narazı olduğu vurğulanıb. Moskva təmsilçisinin verilən qərarın əsaslandırılmasını gözləyir. Bundan sonra onların Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəyi bildirilib.

Klubda hesab edirlər ki, yeni futbolçuların qeydiyyatı ilə bağlı kritik heç nə yoxdur. Çünki RFİ Palatasının qərarında məhkəmə prosesinin getdiyi müddətdə yeni transfer ediləcək futbolçu ilə müqavilənin bağlanmasına icazə verən maddə var.

Qeyd edək ki, Şeydayev "Dinamo"ya 2019-cu ildə "Krılya Sovetov"dan keçmişdi.

Bizi Feysbukda da izləyin!

 


Etiketlər:  Dinamo Şeydayevə görə şikayət edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ