Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tərtərdə sahibkarı döyərək pul tələb edən şəxs saxlanılıb

Tərtərdə sahibkarı döyərək pul tələb edən şəxs saxlanılıb

Tarix: 20 Aprel 2019 12:32

Bakı. Samir Əli - Trend:

Tərtər rayonunda sahibkarı döyərək pul tələb edən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Rayon sakini Müseyibov Anar Ərzuman oğlu həmyerlisi, sahibkar Hümbətov Əvəz Məhəmməd oğlunun H.Əliyev prospektində icarəyə götürdüyü obyektə daxil olaraq qapını bağlayıb və hədə-qorxu gələrək ondan pul tələb edib.

Ə.Hümbətov otaqdan çıxaraq qaçıb. Küçədə Ə.Hümbətovun qarşısını kəsən A.Müseyibov isə onu söyərək döyüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci(xuliqanlıq) və 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb və A.Müseyibov saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tərtərdə sahibkarı döyərək tələb edən şəxs saxlanılıb


RƏYLƏR