Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2020 15:24
15:22
Bakıda aptek sahibi, həkim Sənan Həsənov intihar edib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, 49 yaşlı S.Həsənov bu gün Yasamal rayonunda yerləşən özünə məxsus aptekdə dərman içərək özünü öldürüb.
Məlumata görə, S.Həsənovun dərman biznesi ilə bağlı çoxlu borcu yaranıb və son vaxtlar pulu qaytara bilmədiyi üçün depressiyaya düşüb. İlkin ehtimala görə, S.Həsənov bu səbəbdən intihar edib.
O, son paylaşımlarından birində jurnalist İbrahim Nəbioğlunun xoşbəxtliklə bağlı məqaləsini paylaşaraq "Nə xoşbəxtdir ki, bu məqalədə qeyd edilən təki xoşbəxt olmaq. Oxuyun, xoşbəxt olun, zaman gedir", - deyə qeyd edib.
---------
14:03
Bakıda aptek müdirinin meyiti asılmış vəziyyətdə iş yerində tapılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən apteklərdən birində asılmış kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin aptekin sahibi, 49 yaşlı Həsənov Sənan Əmrah oğlu olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.