Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan ilə Belarus arasında təhlükəsizlik məsələləri müzakirə olunub - FOTO

Azərbaycan ilə Belarus arasında təhlükəsizlik məsələləri müzakirə olunub - FOTO

Tarix: 7 Fevral 2020 22:06

Fevralın 7-də Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov ilə görüşüb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, görüşdə Belarus ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət, energetika və sənaye sahələrində əməkdaşlıq, eləcə də beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrdə müsbət dinamikasını vurğulayıb, strateji tərəfdaşlıq, əlaqələrin möhkəmləndirilməsi və birgə təhlükəsizlik layihələrinin həyata keçirilməsinə sadiq olduqlarını bir daha qeyd ediblər.


Etiketlər:  Azərbaycan ilə Belarus arasında təhlükəsizlik məsələləri müzakirə olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ