Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2020 21:36
Dünyanın ən böyük avtomobil istehsalçısı Toyota Motor, Çində olan bütün zavodları 16 Fevral tarixinə qədər bağlı saxlayacağını açıqlayıb. Toyota-nın Çində 12 avtomobil və avtomobil hissələri zavodu var.
Sonxeber.net marja.az-a istinadən bildirir ki, Toyota ilk açıqlamasında Çində zavodların 9 Fevraladək bağlı olacağını açıqlamışdı. Zavodlar koronavirus epidemiyasına görə bağlanıb.
Dünən, Fiat Chrysler, Çindən ehtiyat hissələri tədarükündə çətinliyin davam etməsi halında Avropadakı zavodlarını 2-4 həftə üçün bağlaya biləcəyini açıqlamışdı.
Hyundai də ehtiyat hissələri tədarükündə çətinlik səbəbilə Cənubi Koreyadakı istehsalını dayandırmışdı.