Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uduzan namizəd rəqibinin qələbəsini Hitlerlə müqayisə edib

Uduzan namizəd rəqibinin qələbəsini Hitlerlə müqayisə edib

Tarix: 9 Fevral 2020 00:46

Almaniya Solçular Partiyasının (Die Linke) namizədi Bodo Romelof Türingiya federal əyaləti başçısının seçkilərində məğlub olduqdan sonra xatırladıb ki, nasional-sosialistlərin fəaliyyətə başladıqları ilk vaxtlarda nasistlər ilk dəfə məhz bu torpaqda əyalət hökumətində təmsil olunublar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, siyasətçi belə bir gurultulu bəyanatla qalibin adı məlum olandan sonra çıxış edib. Seçkilərdə mühafizəkar Tomas Kemmerix qalib gəlib. "Almaniya üçün alternativ" (AüA) sağçı radikal partiyasının onun namizədliyini dəstəkləməsi bu qələbədə həlledici rol oynayıb.

Kemmerixin qələbəsi Almaniya üçün şok olub. Merkelin partiyası ilk dəfə ölkədə Hitler ideyalarına ən yaxın siyasi qüvvə hesab edilən bir partiya - AüA ilə ittifaq bağlayıb.

Boro Romelof "Twitter" səhifəsində ümidsizlik içində Hitlerin 1930-cu ilin fevralında yazdığı sözləri xatırladıb: "Türingiyada böyük uğur qazanılıb. Bizim köməyimiz olmadan hökumətdə əksəriyyət əldə edilə bilməzdi".


Etiketlər:  Uduzan namizəd rəqibinin qələbəsini Hitlerlə müqayisə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ