Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 08:38
Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının damında dəmir parçasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a verilən məlumata əsasən, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər dəmir parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.