Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının əsas magistrallarında sürət həddi endirildi - Hava ilə əlaqədar - FOTO

Bakının əsas magistrallarında sürət həddi endirildi - Hava ilə əlaqədar - FOTO

Tarix: 9 Fevral 2020 09:16

Paytaxtda müşahidə olunan faktiki hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi endirilib.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Paytaxtın digər küçə və prospektlərində isə nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə olunur: "Bir daha hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən xahiş edirik ki, metereoloji amilləri nəzərə alıb sürət həddinə əməl etsinlər. Qeyd edək ki, adi günlərdən fərqli olaraq şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb".

Milli.Az


Etiketlər:  Bakının əsas magistrallarında sürət həddi endirildi Hava ilə əlaqədar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ