Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2020 14:20
Emre Canın formasını geyindiyi Dortmund "Borrusiya"sı Bundesliqada növbəti oyununa çıxıb.
Qol.az xəbər verir ki, "qara-sarılar" 21-ci turda "Siqnal İduna Park"da "Leverkuzen"i qəbul edib.
Görüş 26 yaşlı yarımmüdafiəçi üçün əlamətdar olub. Oyuna çıxmaqla komandada debütünü edən almaniyalı futbolçu fərqlənməyi də bacarıb. E.Can qarşılaşmanın 33-cü dəqiqəsində baxımlı qolla diqqət mərkəzinə düşüb.