Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eldar Sultanov: Yevlaxda ölümlə nəticələnən yol qəzası barədə məlumat yalandır

Eldar Sultanov: Yevlaxda ölümlə nəticələnən yol qəzası barədə məlumat yalandır

Tarix: 9 Fevral 2020 15:06

Baş Prokurorluq Bakı-Qazax yolunda yol qəzası baş verməsilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "facebook" sosial şəbəkəsindəki profilində bildirib ki, bəzi kütləvi informasiya vasitələrində fevralın 9-da guya Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 7 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsinə dair məlumatlar yayılıb.

"Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

Göstərilənlərlə əlaqədar, kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş olunur ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün aidiyyəti qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər", - deyə E.Sultanov yazıb.


Etiketlər:  Eldar Sultanov Yevlaxda ölümlə nəticələnən qəzası barədə məlumat yalandır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ